Visa

İsveçrənin Azərbaycandakı səfirliyi ərizələrin ONLAYN qaydada təqdim olunmasını və sənədlərin təqdim olunma gününün 24.08.2015 tarixindən tətbiqini elan edir.

C və milli D Şengen vizaları üçün onlayn görüş alma sistemi İsveçrənin Azərbaycandakı səfirliyində 24.08.2015 tarixindən başlayır. Bu tarixdən etibarən viza üçün ərizələrin təqdimatının swiss-visa veb-saytı vasitəsi ilə həyata keçirilməsi məcburidir. Müsahibə üçün vaxtın təyin olunması yalnız bu veb-saytla qəbul olunur.  Görüş vaxtının təyin olunması pulsuzdur.

Siz ərizə formasını (yalnız C şengen vizası üçün) həmçinin həmin veb-sayt vasitəsi ilə qeydiyyat edə bilərsiniz: swiss-visa.

Lürfən, nəzərinizdə saxlayın ki, siz istənilən halda  viza üçün müsahibə məqsədi ilə şəxsən Səfirliyə gəlməlisiniz. Gələrkən siz aşağıdakı tələbləri yerinə yetirməlisiniz:  

  • Çap olunmuş görüş rezervasiyasının təsdiqini göstərməli;

  • Ərizə formasını (çap olunmuş və imzalanmış) təqdim etməli;

  • Digər sənədləri (siyahını bizim veb-syatda “Viza məlumat vərəqələri”ndə tapa bilərsiniz) təqdim etməli;

  • Viza üçün rüsumu ödəməli;

  • Barmaq izlərini qeydə almalı

Viza müraciətinə baxılma müddəti tələb olunan bütün sənəd və məlumatların tam qaydada təqdim olunduğu vaxtdan 5 iş günüdür. Lakin sənədlər səyahət günündən azı 15 gün əvvəl təqdim olunmalıdır.  

Pasportlar Bazar ertəsindən Cümə axşamına qədər saat 12.00-dan 13.00-a qədər verilir.

Görüşün vaxtında alınmasına görə ərizəçi özü məsuliyyət daşıyır.

Təyin olunmuş vaxtda gəlin! Gecikmə halında sənədlərin təqdimat vaxtı yenidən onlayn qaydada təyin olunacaq.

Viza üçün tələblər

İsveçrənin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasında yaşayan şəxslərə (C və D vizaları), həmçinin Türkmənistanda yaşayan şəxslərə (D vizası) İsveçrə və Lixtenşteyn Krallığına giriş vizalarının verilməsi məsələlərinə baxır.

Vizanın alınması üçün tələb olunan bütün sənədlər bazar ertəsindən cümə axşamına qədər, saat 9:00-dan 11:30-dək təqdim oluna bilər. 10 və daha artıq şəxslərdən ibarət qrup əvvəlcədən görüş vaxtı almalıdır. Viza ilə bağlı suallarınıza bazar ertəsindən cümə axşamına qədər saat 15.00-dan 17.00-a qədər telefon vasitəsilə cavab ala bilərsiniz.

VMS-nin təqdimatı

2011-ci il 11 oktyabrda Şengenə üzv dövlətlər Viza Məlumat Sistemini (VMS) təqdim edib. VMS həmçinin viza ərizəsinin biometrik məlumatlarını (10 barmaq izləri və fotoşəkil) saxlamaq üçün istifadə olunacaq. Şengen dövlətlərinin diplomatik nümayəndəlikləri sistemə regiondan regiona tədricən qoşulacaqlar.

VMS-ə qoşulmaqla yanaşı 2015-ci il iyunun 23-dən Şengen dövlətlərinin Azərbaycandakı bütün diplomatik nümayəndəlikləri Şengen vizasına müraciət edən şəxslərin biometrik məlumatlarını götürməli olacaq.

Avropa İttifaqının VMS-in təqdimatına və biometrik məlumatların götürülməsinə dair məlumat vərəqəsini bizim saytdan əldə edə bilərsiniz (Schengen, Borders & Visas). 

Türkmənistan vətəndaşları və yaşayış hüququ olan şəxslər üçün İsveçrəyə ümumi giriş və viza qaydaları

15.01.2014 tarixindən etibarən 3 aya qədər müddəti olan viza müraciətləri (Şengen viza, C növü, qonaqlar, biznes) Fransanın Aşxabatdakı səfirliyinə təqdim edilməlidir. Fransa səfirliyi Türkmənistanda qeyd olunan kateqoriyalar üçün viza məsələlərində İsveçrəni təmsil edir.

Fransa Səfirliyi
35, 2029 Əsgərlər küçəsi
TKM-744000 Aşxabat
E-Mail: visas.achgabat-amba@diplomatie.gouv.fr
İnternet: www.ambafrance-tm.org
Tel: +993 (12) 36 34 68 / 36 35 50
Fax: +993 (12) 36 36 40

3 aydan artıq (D viza kateqoriyası, təhsil, ailə birləşməsi və ya sonradan yaşamaq hüququ ilə ailə qurmaq, yaşamaq izni) İsveçrədə qalmaq istəyən və ya hətta 3 aydan az müddətə işləmək, oxumaq, müalicə olunmağ arzulayan Türkmənistan vətəndaşları və yaşamaq hüququ olan şəxslər viza üçün İsveçrənin Bakıdakı səfirliyinə müraciət etməlidir.

Ümumi Tələblər

Azərbaycan və ya Türkmənistan pasport sahiblərinə İsveçrəyə səfər etmək üçün giriş vizası lazımdır. Necə müraciət etmək və hansı tələblərin zəruri olduğu haqqında məlumatı bu saytda və viza ərizəsi formasında tapa bilərsiniz.

Digər pasport sahibləri isə vizanın tələb olunub-olunmadığını aydınlaşdırmaq üçün Miqrasiya üzrə Federal Ofisin veb səhifəsinə müraciət edə bilərlər.

Viza növləri

Şenqen Vizası (C-Viza):

Şenqen vizası İsveçrə və ya digər Şenqen dövlətlərinə turizm, işgüzar, mədəniyyət, tibbi, təlim və s. məqsədləri ilə səfər etmək niyyətində olan şəxslərə rüb üzrə maksimum 90 gün müddətinə verilir.

Milli Viza (D-Viza):

Milli viza qeyri-Şenqen vizasıdır və İsveçrədə daha uzun müddət ərzində qalmaq istəyən şəxslərə verilir. Bu ərizəçilər İsveçrə Səfirliyinə müraciət etməlidir, lakin qərar qalmaq istədiyiniz Kantonun İsveçrədəki məsul Miqrasiya Ofisi tərəfindən veriləcək. Bu prosedurun 8 həftədən 10 həftəyə qədər sürməsini qeyd etməyinizi xahiş edirik.

Ən ümumi hallarda təqdim edəcəyiniz tələb olunan sənədləri səhifəmizin sağ tərəfində yerləşən bölmədən yükləyə bilərsiniz.

Xidməti / Diplomatik pasport sahibi olduğunuz halda və ya məlumat vərəqələrimizin birində qeyd olunmayan hallarda, hansı sənədlərin tələb olunduğunu öyrənmək üçün Səfirliyimizlə əlaqə saxlamağınızı xahiş edirik.

Diqqətinizi aşağıdakı məsələlərə yönəltmək istərdik:

  • Səfirlik kənar agentlik və xidmətlərlə əməkdaşlıq etmir.
  • Səfirlik fərdi hallardan asılı olaraq ərizənizin ilk baxışından sonra əlavə sənədlərin tələb etməsi hüququnu özündə saxlayır.
  • Viza ərizəsi və sənədlər ərizəçi tərəfindən şəxsən təqdim olunmalıdır (viza bölməsinin iş saatları: bazar ertəsi – cümə axşamı, 09.00-dan – 11.30-a qədər). Görüşün təyin olunmasına ehtiyac yoxdur. Ərizənin yalnız sənədlərin tam şəkildə təqdim olunduğundan sonra qəbul olunması mümkündür. 10 və daha artıq nəfərlik qrup istisna olmaqla digər ərizəçilərə əvvəlcədən sənədlərin təqdimatı üçün vaxt təyin olunmur. Sənədlərə baxılma müddəti ərizənin tam şəkildə qəbul olunduğu gündən etibarən 15 təqvim günüdür.
  • İsveçrənin Bakıdakı səfirliyinin ərizə forması və bütün məlumat vərəqələri pulsuzdur.